Millimiz Moldovaya MƏĞLUB OLDU

Millimiz Moldovaya MƏĞLUB OLDU

Hazırda oxunan: Millimiz Moldovaya MƏĞLUB OLDU

244137

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 

“Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Millimizin start heyəti: 1. Rauf Əyyubov, 3. Sahib Xəlilli, 4. Rəşad Gülüşov, 5. Səttar Tahirzadə (k), 6. Toğrul Mehdizadə, 7. Muhamməd Çodarov, 8. Nihad Cəfərzadə, 9. Nicat Kərimov, 10. Samir Şərifov, 11. Pünhan Kərimov, 13. Nihad Hüseynzadə.

Qeyd edək ki, millimiz turnir çərçivəsində növbəti matçlarını aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO