Luis Suares Messinin SİRRİNİ AÇDI

Luis Suares Messinin SİRRİNİ AÇDI

Hazırda oxunan: Luis Suares Messinin SİRRİNİ AÇDI

244017

"İnter Mayami"nin hücumçusu Luis Suares komandanın kapitanı Lionel Messinin gələcək planları ilə bağlı danışıb.

Bizim.Media "El Pais"ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu komanda yoldaşının gələcəklə bağlı sirlərini bölüşərkən Messinin dünya çempionatına qatılmaq istədiyini bildirib.
 

"Leonun 2026-cı illə bağlı müəyyən planları var. Bildiyim qədər o, gələn il keçiriləcək dünya çempionatında iştirak etmək arzusundadır. Ancaq bununla bağlı heç kimə heç nə demir, sirr saxlayır".


Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.

Argentinalı ulduz bu müddət ərzində bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO