"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının performansındakı enişdən danışıb.
Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis çox qol buraxdıqlarını və kollektiv oyunda zəifləmə olduğunu bildirib:
"Vinisiusun forması? Bunu söyləmək çətindir. Xüsusilə son həftələrdə təkcə fərdi oyunçular arasında deyil, ümumi oyunda eniş müşahidə etdik. Son oyunlarda çoxlu qol buraxırıq. Bunu dayandırmalıyıq. Ən əsası komandanın liderləri həmişəki kimi oyuna təsir edə bilmir".
"Real" hazırda 63 xalla La Liqada 2-ci yerdədir. Komanda lider "Barselona"dan 7 xal geri qalır.
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Ançelottinin komandası səfərdə “Arsenal”a 0:3 hesabı ilə uduzmuşdu. Cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:42 / 14.04.2025
Ançelotti "Real"ın problemlərindən DANIŞDI
Hazırda oxunan: Ançelotti "Real"ın problemlərindən DANIŞDI
Hazırda oxunan: Ançelotti "Real"ın problemlərindən DANIŞDI
243967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.