İki güləşçimiz Avropa çempionu oldu - FOTO

İki güləşçimiz Avropa çempionu oldu - FOTO

Hazırda oxunan: İki güləşçimiz Avropa çempionu oldu - FOTO

243957

Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, Nihat Məmmədli (60 kiloqram) finalda serbiyalı Georgi Tibilovu, Həsrət Cəfərov (67 kiloqram) isə bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.
 

Bununla da N.Məmmədli ikinci, H.Cəfərov üçüncü dəfə Avropa çempionu adına sahib çıxıb.


Ülvi Qənizadə (72 kiloqram) isə Aleksandr Liavonçikə qalib gələrək bürünc mükafatla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçiləri isə 1 gümüş və 1 bürünc medal qazanıblar. Qadınların yarışında isə Jalə Əliyeva (57 kiloqram) bürünc mükafata yiyələnib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO