3 yunan-Roma güləşçimiz qızıl medal uğrunda yarışacaq

3 yunan-Roma güləşçimiz qızıl medal uğrunda yarışacaq

Hazırda oxunan: 3 yunan-Roma güləşçimiz qızıl medal uğrunda yarışacaq

243849

Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatının son günündə Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar.

Bizim.Media xəbər verir ki, Nihat Məmmədli (60 kq, Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaqlar.

Ülvi Qənizadə isə (72 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.


Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO