Daha 3 yunan-Roma güləşçimiz finala vəsiqə qazandı

Daha 3 yunan-Roma güləşçimiz finala vəsiqə qazandı

Hazırda oxunan: Daha 3 yunan-Roma güləşçimiz finala vəsiqə qazandı

243790

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (72 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal uğrunda görüşdə iştirak edəcəklər.

Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finalda uduzublar.

Bu çəkilərdə mükafat uğrunda qarşılaşmalar sabah baş tutacaq.

Qeyd edək ki, bu gün dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) finalda mübarizə aparacaq, Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc mükafat qazanmağa çalışacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO