"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.
Bizim.Media xəbər verir ki, XXX turun oyunu Tovuz şəhər stadionunda keçirilib.
Qarşılaşma meydan sahibinin qələbəsi ilə bitib - 2:1.
14-cü dəqiqədə qonaqların heyətində Anatoli Nuriyev hesabı açıb. Bundan beş dəqiqə sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
45+2-ci dəqiqədə paytaxt təmsilçisinin futbolçush Pavel Şafranko eyni aqibəti yaşayıb. Bölgə klubunun heyətində 56-cı dəqiqədə Ayxan Hüseynov, 57-ci dəqiqədə Joarlem Santos fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Turan Tovuz" dördüncü pillədəki mövqeyini qoruyub. "Sabah" 36 xalla beşincidir.
Günün saat 19:15-də start götürəcək matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.
Qeyd edək ki, ötən gün "Qarabağ" "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:09 / 12.04.2025
"Sabah" səfərdə "Turan Tovuz"a uduzdu - VİDEO
Hazırda oxunan: "Sabah" səfərdə "Turan Tovuz"a uduzdu - VİDEO
Hazırda oxunan: "Sabah" səfərdə "Turan Tovuz"a uduzdu - VİDEO
243786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.