"Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi - VİDEO

"Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi - VİDEO

Hazırda oxunan: "Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi - VİDEO

243667

Bu gün Misli Premyer Liqasında 30-cu tur start götürüb.

Bizim.Media xəbər verir ki, ilk gündə 1 matç keçirilib.

Son çempion "Qarabağ" "Səbail"in qonağı olub. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Qarabağ" turnir cədvəlində 70 xalla 1-ci, "Səbail" isə 20 xalla sonuncu - 10-cu yerdədir.

11 aprel
Misli Premyer Liqası, 30-cu tur
19:00. “Səbail” – “Qarabağ” - 1:4
Qollar: Abdullah Zubir, 17 (0:1), Leandro Andrade, 19 (0:2), 52 (0:3), 65 (0:4), David Qomis, 72 (1:4)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
“ASCO Arena”
12 aprel
17:00. “Turan Tovuz” – “Sabah”
19:15. “Sumqayıt” – “Şamaxı”
13 aprel
17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
19:15. “Neftçi”– “Zirə”


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO