AFFA-nın baş katibi: “Hər şeyə sıfırdan başlamalıyıq”

AFFA-nın baş katibi: “Hər şeyə sıfırdan başlamalıyıq”

Hazırda oxunan: AFFA-nın baş katibi: “Hər şeyə sıfırdan başlamalıyıq”

243562

"Hazırkı dövrdə biz sıfırdan başlamalıyıq. Kosmetik iş görməklə bir nəticə əldə edə bilmərik".

Bizim.Media xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.

O, futbolumuzda vəziyyətin ürəkaçan olmadığını vurğulayıb: 
 

"Bu bir həqiqətdir ki, Azərbaycan futbolunun indiki vəziyyəti ürəkaçan deyil. Bunu qəbul edib futbolumuzu uğursuzluq yolundan çıxarmalıyıq. İki ay öncə qəbul etdiyimiz İnkişaf strategiyasında yazılan bəzi məqamlar tənqidçilər tərəfindən qəbul olunmasa da, uğurlu nəticələr əldə edəcəyimizə inanıram. Strategiyanın həyata keçirilməsi artıq rutin işimizə çevrilib.


AFFA-nın hazırkı strukturu hədəflərimizə çatmaq üçün yetərli deyil. Bu istiqamətdə lazımi addımlar atılacaq". 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO