"Qarabağ"ın hücumçusu Redon Cica bu yay komandadan ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu qərar artıq qətidir və komandanın baş məşqçisi Qurban Qurbanov da alban forvardın gedişinə razılıq verib.
“Qarabağ”da özünü təsdiq edə bilməyən Cica icarəyə verilə bilər. “Qarabağ” onun üçün yeni klub tapsa, gələn mövsümün sonuna kimi nəzərdə tutulan müqaviləni ləğv etməyə hazır olacaq.
Xatırladaq ki, 26 yaşlı alban 2023-cü ilin qışında “Qarabağ”a keçib və o vaxtdan bu yana 69 oyuna çıxıb, 12 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:33 / 11.04.2025
"Qarabağ"ın legioneri komandadan AYRILIR
Hazırda oxunan: "Qarabağ"ın legioneri komandadan AYRILIR
Hazırda oxunan: "Qarabağ"ın legioneri komandadan AYRILIR
243487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.