"Mançester Siti"dən Uolker QƏRARI

"Mançester Siti"dən Uolker QƏRARI

Hazırda oxunan: "Mançester Siti"dən Uolker QƏRARI

243437

"Mançester Siti" "Milan"da icarə əsasında çıxış edən futbolçusu Kayl Uolkerin gələcəyi ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İngiltərə klubu 34 yaşlı sağ cinah müdafiəçisi ilə yayda yollarını ayıracaq. Bu, İtaliya təmilçisinin qərarından asılı olmayacaq. "Milan"ın Uolkerlə imzaladığı müqaviləsində satınalma bəndi olsa da, bununla bağlı qərar yeni idman direktorunun təyinatından sonra veriləcək.

Bildirilir ki, "Mançester Siti" yeni cinah müdafiəçisi axtarışındadır.

Qeyd edək ki, Kayl Uolker "Milan"a yanvarda icarə əsasında "şəhərlilər"dən transfer olub. O, bu müddət ərzində İtaliya komandasının heyətində 13 oyuna çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO