Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Hazırda oxunan: Güləşçimiz Avropa çempionu oldu

243304

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Solomon Manaşviliyə qalib gəlib.
 

Həlledici görüşdə Dauren Kuruqluyevə (Yunanıstan) uduzan Osman Nurməhəmmədov (92 kiloqram) ikinci yerlə kifayətlənib. Ağanəzər Novruzov (74 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada Ramazan Ramazanovu (Bolqarıstan) üstələyərək, Avropa üçüncüsü olub.


Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc mükafata sahib çıxıblar.

Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO