Braziliya millisinin yeni baş məşqçisi MƏLUM OLDU

Braziliya millisinin yeni baş məşqçisi MƏLUM OLDU

Hazırda oxunan: Braziliya millisinin yeni baş məşqçisi MƏLUM OLDU

243295

Braziliya yığmasının yeni baş məşqçisinin adı dəqiqləşib.

Bizim.Media xəbər verir ki, ölkənin UOL nəşri "sambaçılar"a Jorje Jezuşun başçılıq edəcəyini açıqlayıb.

"Əl-Hilal"a rəhbərlik edən portuqaliyalı mütəxəssislə danışıqların başa çatdığı bildirilib. Jezuşun mayın sonunda Braziliya yığmasının baş məşqçisini təyin olunacağı gözlənilir.
 

Bu təyinat üçün Braziliya Futbol Konfederasiyası Səudiyyə Ərəbistanı klubuna 2,5 milyon avro təzminat ödəyəcək. 70 yaşlı məşqçinin Braziliya təcrübəsi var. O, 2019-2020-ci illərdə "Flamenqo"ya rəhbərlik edib.


Qeyd edək ki, Braziliya yığmasının baş məşqçisi Junior Dorival DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Bu vəzifəyə namizədlər arasında "Real"ı çalışdıran Karlo Ançelottinin də adı çəkilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO