Daha bir güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

Daha bir güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

Hazırda oxunan: Daha bir güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

243289

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında növbəti medalçımız bəlli olub.

Bizim.Media xəbər verir ki, sərbəst güləşçimiz Ağanəzər Novruzov (74 kq) üçüncü yer uğrunda görüşdə bolqarıstanlı Avropa ikincisi və dünya üçüncüsü Ramazan Ramazanova 6:4 hesabıyla qalib gəlib.

Bu, idmançımızın ilk dəfə qatıldığı böyüklərin Avropa çempionatıdır.

Qeyd edək ki, dünən daha üç sərbəst güləşçimiz – İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal qazanmışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO