"Milan"ın futbolçusu Kayl Uolker sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı sağ cinah müdafiəçisi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. O, sağ dirsəyindəki sınıqdan əməliyyat olunacaq.
Qeyd edək ki, Kayl Uolker "Milan"a yanvarda icarə əsasında "Mançester Siti"dən transfer olub. O, bu müddət ərzində İtaliya komandasının heyətində 13 oyuna çıxıb.
Bizim.Media