Azərbaycanın adı açıqlanmayan klubunun maraq dairəsində olan Ukraynanın “Krivbass” klubunun hücumçusu Daniel Sosaya təkliflər artır.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, Niger millisinin futbolçusu Qazaxıstan və Ukraynadan da təklif alıb.
Hətta qazaxlar qışda onun üçün 50 min dollar ödəməyə hazır olduğunu bildirib. Lakin klubu bu variantı rədd edib. Sosa Ukraynanın digər klubunun təklifini də qəbul etməyib. Hazırda ən real variant kimi Azərbaycan təmsilçisi göstərilir. “Krivbass”la müqaviləsi mövsümün sonuna qədər olan 26 yaşlı oyunçu yayda azad agent statusu daşıyacaq. Buna görə də forvard qərar verməyə tələsmir.
Qeyd edək ki, Daniel Sosa 2023-cü ildən “Krivbass”ın formasını geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
14:18 / 09.04.2025
Ukrayna klubunun üzvünə Azərbaycandan TƏKLİF
Hazırda oxunan: Ukrayna klubunun üzvünə Azərbaycandan TƏKLİF
Hazırda oxunan: Ukrayna klubunun üzvünə Azərbaycandan TƏKLİF
243197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.