Avropa ÇEMPİONATI: Üç güləşçimiz bürünc medal qazandı

Avropa ÇEMPİONATI: Üç güləşçimiz bürünc medal qazandı

Hazırda oxunan: Avropa ÇEMPİONATI: Üç güləşçimiz bürünc medal qazandı

243120

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında ilk medalçılar müəyyənləşib.

Bizim.Media xəbər verir ki, İslam Bazarqanov (57 kq) bolqarıstanlı İvaylo Tisovla görüşdə çətinlik çəkmədən tam üstünlüklə (12:2) qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionatında bürünc medal qazanıb.
 

Əli Rəhimzadə (65 kq) ukraynalı Andrey Sviridlə görüşün əvvəlindən təşəbbüsə yiyələnib və sonadək üstünlüyünü qoruyub – 4:0. Bununla da Rəhimzadə 4-cü dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.


Kənan Heybətov (70 kq) üçüncü yer uğrunda macarıstanlı dünya və Avropa çempionu İsmayıl Musukayevla qarşılaşıb.

Təcrübəli və titullu rəqibini 5:2 hesabıyla məğlub edən Kənan ilk dəfə böyüklər arasında qitə birinciliyində fəxri kürsüyə qalxıb.

Beləliklə, sərbəst güləş millimiz ikinci yarış gününü 3 bürünc medalla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO