Haaland "Mançester Siti"dən AYRILA BİLƏR

Haaland "Mançester Siti"dən AYRILA BİLƏR

Hazırda oxunan: Haaland "Mançester Siti"dən AYRILA BİLƏR

243117

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland klubu tərk edə bilər.

Bizim.Media xəbər verir ki,bu barədə "El Nacional" məlumat yayıb.
 

24 yaşlı futbolçu komandanın son nəticələrinə görə məyusdur. O, klubunu dəyişmək imkanlarını nəzərdən keçirilir.


Haalandın "şəhərlilər"lə müqaviləsi 2034-cü ilin yayına qədərdir. Lakin futbolçu ayrılmaq qərarında qəti olsa, "Mançester Siti" onu saxlamaqda çətinlik çəkəcək.

PSJ və "Bavariya" Haalandla bağlı vəziyyəti izləyirlər.

Xatırladaq ki, Erlinq Haaland İngiltərə kubokunun 1/4 finalında "Bornmut"la oyunda (2:1) topuğundan zədə alıb. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, norveçli futbolçu 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Haaland bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə verib.

O, 2022-ci ilin yayından "Mançester Siti"nin futbolçusudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO