“Azarkeşlərin İrfan Canın adını səsləməsindən məmnunam, amma bunu hər bir futbolçuya münasibətdə etmədikləri üçün məyusam”.
Bizim.Media xəbər verir ki, bunu “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo deyib.
O, dünən “Trabzonspor”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra azarkeşlərin məşqçidən tələbləri barədə sualı cavablandırıb.
Mourinyo deyib: “Fənərbağça”nın ən azı 35 milyon məşqçisi var. Çünki 35 milyonluq azarkeş ordusuna malikik Amma qərarları yalnız bir məşqçi verir. Bu qərarlar doğru və ya səhv ola bilər.
Amma bir nəfər bu qərarları verir. Azarkeşlərin səsləməsi mənim fərqli qərar verməyimə səbəb olmaz. İrfan da İsmayıl kimi zədələr yaşadı. Dünən komandaya tədricən qoşulmağa başladı. Azarkeşlər bu kimi detalları bilmir, amma bir nəfər bilir”.
Bizim.Media

- A-
- A
- A+
İdman
01:13 / 08.04.2025
Mourinyo: “Fənərbağça”nın 35 milyon məşqçisi var”
Hazırda oxunan: Mourinyo: “Fənərbağça”nın 35 milyon məşqçisi var”
Hazırda oxunan: Mourinyo: “Fənərbağça”nın 35 milyon məşqçisi var”
242935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.