Azərbaycan Basketbol Liqasında XX - sonuncu turun oyunları baş tutub.
Bizim.Media xəbər verir ki, "Lənkəran" "Şəki"yə 78-107, "Quba" "Ordu"ya 88-97, "Abşeron" "Neftçi"yə 77-85 hesabı ilə uduzub, "Sərhədçi" NTD-ni 103-77, "Sabah" "Naxçıvan"ı 111-89, "Gəncə" "Sumqayıt"ı 94-92 hesabı ilə üstələyib.
Bu nəticələrdən sonra "A" qrupunun lideri "Sabah", ikinci sıranın sahibi "Naxçıvan" və qrupun ən güclü 3-cü komandası "Neftçi" birbaşa pley-offa vəsiqəni təmin ediblər.
Adıçəkilən klublarla yanaşı, "B" qrupunu ilk pillədə bitirmiş "Şəki" klubu da, birbaşa pley-off mərhələsinə yüksəlib. Reqlamentə əsasən digər klublar isə mübarizəyə pley-in mərhələsindən start verəcəklər.
Pley-in cütlükləri: "Sumqayıt"-"Sərhədçi", "Gəncə"-"Lənkəran", "Ordu"-"Quba" və "Abşeron"-NTD.
Qeyd edək ki, aprelin 10-da start götürəcək pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.
Bizim.Media

- A-
- A
- A+
İdman
06:37 / 07.04.2025
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı
Hazırda oxunan: Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı
Hazırda oxunan: Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı
242725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.