Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Emiliya Alina Vuk (Rumıniya), Erin Qolston (ABŞ) və Mariya Tiumerekovanı (Rusiya) məğlub edərək finala yüksəlib.
MÖVZU İLƏ BAĞLI:
Hacı Əliyev "Poland Open" turnirində bürünc medal qazandı
O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnik Ukrayna təmsilçisi Oksana Livaçla görüşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.
Bizim.Media