Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış edib.
Bizim.Media xəbər verir ki, komandamız yarışı 10 medalla başa vurub.
Son görüşlərdə Xəyal Şükürlü (68 kiloqram), Elvin Nəcəfzadə (75 kiloqram) və Tural Eynullayev (85 kiloqram) bürünc medallar qazanıblar.
Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram) qızıl, İbrahim Həsənov (44 kiloqram) qızıl, Hüseyn Rzazadə (41 kiloqram) gümüş, Fərid Hüseynli (52 kiloqram) gümüş, Məhəmməd Həsənli (62 kiloqram) gümüş, Tamerlan Namazlı (48 kiloqram) bürünc, Elcan Həsənov (57 kiloqram) bürünc medallara yiyələniblər.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:25 / 06.04.2025
Sərbəst güləş komandamız Gimnaziadanı 10 medalla başa vurdu - FOTO
Hazırda oxunan: Sərbəst güləş komandamız Gimnaziadanı 10 medalla başa vurdu - FOTO
Hazırda oxunan: Sərbəst güləş komandamız Gimnaziadanı 10 medalla başa vurdu - FOTO
242704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.