“Trobzonspor” “Fənərbağça” ilə oyuna ciddi itki ilə ÇIXACAQ

“Trobzonspor” “Fənərbağça” ilə oyuna ciddi itki ilə ÇIXACAQ

Hazırda oxunan: “Trobzonspor” “Fənərbağça” ilə oyuna ciddi itki ilə ÇIXACAQ

242576

"Trabzonspor" Türkiyə Super Liqasının 30-cu turu çərçivəsində səfərdə "Fənərbağça"nın qonağı olacaq.

Bizim.Media xəbər verir ki, Qara Dəniz təmsilçisi matça ciddi itki ilə çıxacaq.
Muhammed Çam sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Avstraliyalı hücumameyilli yarımmüdafiəçi ölkə kubokunun "Bodrum"la görüşündə (3:2) zədələnib.
 

"Trabzonspor" Muhammed Çamı mövsümün əvvəlində Fransanın "Klermon" klubundan transfer edib. 24 yaşlı ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


Qeyd edək ki, "Fənərbağça" - "Trabzonspor" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO