Mahirin komandasından böyükhesablı MƏĞLUBİYYƏT

Mahirin komandasından böyükhesablı MƏĞLUBİYYƏT

Hazırda oxunan: Mahirin komandasından böyükhesablı MƏĞLUBİYYƏT

242566

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya 2-ci bundesliqasında növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, onun çıxış etdiyi "Nürnberq" turnirin 28-ci turunda öz meydanında "Hamburq"u qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Nürnberq" futbolçusu Yanis Antistenin matçın 14-cü dəqiqəsində qırmızı vərəqə aldığından sonra görüşə 10 nəfərlə davam edib.

Emreli də bu matçın iştirakçısı olub. O, oyuna ehtiyat heyətdə başlayıb və 58-ci dəqiqədə meydana daxil olub. 28 yaşlı futbolçu görüşün 78-ci dəqiqəsində isə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Nürnberq" turnir cədvəlində 41 xalla 9-cu yerdədir. "Hamburq" isə 52 xalla liderdir.

5 aprel

"Nürnberq" – "Hamburq" - 0:3

Qollar: Dompe, 9, 37; Qlatzel, 84

Qırmızı vərəqə: Antiste, 14 ("Nürnberq")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO