Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün lider "Traktor" doğma meydanda Tehranın "İstiqlal" klubunu qəbul edib.
Qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ev sahiblərinə qələbə qazandıran qolları Amirhosseyin Hosseyinzade 24-cü və 37-ci dəqiqədə vurub.
Xallarını 54-ə yüksəldən "Traktor" ən yaxın izləyicisi "Sepahan"ı 5 xal qabaqlayır. 3-cü pillədə qərarlaşan "Persepolis"in isə 47 xalı var.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:47 / 05.04.2025
“Traktor” qalib gəlib liderliyini möhkəmləndirdi
Hazırda oxunan: “Traktor” qalib gəlib liderliyini möhkəmləndirdi
Hazırda oxunan: “Traktor” qalib gəlib liderliyini möhkəmləndirdi
242496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.