“Fənərbağça” baş məşqçiləri Joze Mourinyo ilə bağlı “Qalatasaray”ın etdiyi şikayətin rədd edildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.
“Fənərbağça” İstanbul Baş Prokurorluğunun qərarına istinadən verdiyi açıqlamada Mourinyoya qarşı irəli sürülən irqçilik ittihamının heç bir hüquqi əsasa dayanmadığını vurğulayıb.
Klubun rəsmi açıqlamasında bildirilib:
“Qalatasaray” klubu tərəfindən baş məşqçimiz Jose Mourinyo haqqında irqçilik ittihamı ilə edilən şikayət nəticəsində İstanbul Baş Prokurorluğunun verdiyi qərara əsasən, hər hansı bir cinayətin baş vermədiyi və iş üzrə araşdırma aparılmasına ehtiyac olmadığı müəyyən edilib.
Qısaca desək, edilən şikayət barədə təqib edilməməsi haqqında qərar verilib”.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:29 / 05.04.2025
İstanbul prokurorluğu Mourinyo haqda QƏRAR VERDİ
Hazırda oxunan: İstanbul prokurorluğu Mourinyo haqda QƏRAR VERDİ
Hazırda oxunan: İstanbul prokurorluğu Mourinyo haqda QƏRAR VERDİ
242493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.