“Neftçi”nin baş məşqçisi bu legioneri CƏZALANDIRDI

“Neftçi”nin baş məşqçisi bu legioneri CƏZALANDIRDI

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi bu legioneri CƏZALANDIRDI

242463

“Neftçi“nin baş məşqçisi Samir Abasov sərt üzünü göstərib.

Bizim.Media xəbərt verir ki, o, Alfa Konteni hərtərəfli cəzalandırıb.

Çalışdırıcı Syerra-Leonedən olan legioneri komandadan uzaqlaşdırıb və böyük məbləğdə cərimələyib. Buna səbəb vingerin özünü intizamsız aparmasıdır. Afrikalı legioner son vaxtlar az oynadığı üçün Abasova öz etirazını bildirib.

Həmçinin əsas heyətə düşmək uğrunda rəqabəti uduzmasıyla bağlı iradı qəbul etməyib. Odur ki, mütəxəssis 24 yaşlı cinah oyunçusunu əvəzedici heyətə göndərib. Bir il öncə Plovdiv “Lokomotiv”indən transfer edilən Alfa Konte, əslində, Samir Abasovun gələcək planlarına daxil deyil.

Özü də klubda qalmaq istəmir. Çünki demək olar oynamaq şansı qazanmır. Amma 2027-ci ilin yayınadək müqaviləsi olduğu üçün qərar verməyə çətinlik çəkir. Syerra-leoneli daha yaxşı təklif almadığı üçün anlaşmaya qarşılıqlı razılıqla xitam verməyə tərəddüd edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO