“Qəbələ” Premyer Liqaya vəsiqəni RƏSMİLƏŞDİRDİ

“Qəbələ” Premyer Liqaya vəsiqəni RƏSMİLƏŞDİRDİ

Hazırda oxunan: “Qəbələ” Premyer Liqaya vəsiqəni RƏSMİLƏŞDİRDİ

242444

Bu gün Azərbaycan 1-ci liqasında 20-ci tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Lider "Qəbələ" 4-cü pillədəki "Bakı Sportinq"in qonağı olub. Əyalət təmsilçisi 5:0 hesabı ilə qələbə qazanaraq növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib. Beləliklə, sona 7 tur qalmış "Qəbələ" ilə ən yaxın izləyicisi "Karvan" arasında xal fərqi 24-ə yüksəlib.

Bundan sonra "Qəbələ" hətta bütün oyunlarda uduzsa belə, birinciliyi əldən verməyəcək.

Digər oyunda "İmişli" MOİK-i sınağa çəkib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

4 aprel (cümə)

16:00. “Bakı Sportinq” – “Qəbələ” - 0:5

Qollar: N.Əliyev, 20, 88; D.Massumo, 43; E.Tağıyev, 79, 86

Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Samir Qaracayev, Murad Səlimov

Binə qəsəbə stadionu

16:00. “İmişli” – MOİK - 2:1

Qollar: İ. İnqilablı, 57; O. Timilehin, 83 – İ. Əliyev, 90-pen.

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Şamaxı OİK stadionu

3 aprel (cümə axşamı)

“Cəbrayıl” – “Qaradağ Lökbatan” - 0:0

“Difai” – “Karvan” - 3:5

“Mingəçevir” – “Zaqatala” - 2:2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO