“Turan Tovuz” daha bir futbolçu ilə müqaviləni UZATDI

“Turan Tovuz” daha bir futbolçu ilə müqaviləni UZATDI

Hazırda oxunan: “Turan Tovuz” daha bir futbolçu ilə müqaviləni UZATDI

242435

Turan Tovuz” daha bir legionerlə yeni müqavilə imzalayıb. 

Bizim.Media xəbər verir ki, Premyer Liqanın digər təmsilçilərinin də transfer siyahısında yer alan Aleks Souza Tovuz klubunda qalıb. 

“Turan Tovuz” kontrakt müddəti 2026-cı il iyunun 30-na qədər olan braziliyalı hücumçunun sözləşməsini 2 illik uzadıb. Başqa sözlə, ”sambaçı” 2028-ci ilin yayınadək burada forma geyinəcək. 

Gözlənildiyi kimi, cənubi amerikalının müqaviləsinin maliyyə şərtləri də dəyişdirilib. Aleks qarşıdakı zaman kəsiyində əvvəlkindən xeyli artıq əmək haqqı alacaq.
 

O, bu sezon 21 matçda 4 qol vurub, 3 asist edib. “Santos”un yetirməsi “Hegelmann”(Litva) və “Boluspor”da (Türkiyə) oynadıqdan sonra ötən ilin yanvar ayında “Turan Tovuz”la anlaşıb. 


Tovuzlular daha öncə Aleks Serrano ilə yeni müqavilə imzalayıb. İspaniyalı legionerlə kontraktı 2026-cı ilin yayınadək uzadılıb. Sövdələşməyə əsasən, onun məvacibi artırılıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO