“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirilən matçda qapılarına təyin edilən penaltiyə əsəbiləşib.
Bizim.Media xəbər verir ki, o, matçın 27-ci dəqiqəsində verilən 11 metrlik cərimə zərbəsinə etiraz edib.
Q.Qurbanov əvvəlcə əlində planşetlə 4-cü hakimə epizodu göstərərək etirazını bildirib. Daha sonra isə o, planşetə təpik vuraraq onu sındırıb.
Qeyd edək ki, “Qarabağ” və “Araz-Naxçıvan” arasında Azərbaycan Premyer Liqasının 26-cı turunda baş tutan görüş də qalmaqalla yadda qalmışdı. Həmin matçda futbolçular arasında dava düşmüşdü.
Hazırda davam edən matçda hesab 1:0 “Araz-Naxçıvan”ın xeyrinədir.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:48 / 02.04.2025
Qurban Qurbanov əsəbiləşdi, planşetə təpik vurdu - VİDEO
Hazırda oxunan: Qurban Qurbanov əsəbiləşdi, planşetə təpik vurdu - VİDEO
Hazırda oxunan: Qurban Qurbanov əsəbiləşdi, planşetə təpik vurdu - VİDEO
242085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.