"Milan"ın futbolçusu Teo Ernandesin gələcəyi ilə bağlı qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
A seriya təmsilçisi 27 yaşlı sol cinah müdafiəçisi ilə yolları ayıracaq.
Futbolçu ilə klub arasında 2026-cı ilin yayınadək olan müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb. "Milan" Ernandesi qarşıdan gələn yay transfer pəncərəsində satmağı planlaşdırır.
Teo bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 4 qol vurub və 5 qolun ötürməsini verib.
Bizim.Media