AFFA “Qarabağ”ı CƏZALANDIRDI

AFFA “Qarabağ”ı CƏZALANDIRDI

Hazırda oxunan: AFFA “Qarabağ”ı CƏZALANDIRDI

241890

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXVIII turunda baş verənlər müzakirə olunub.

“Turan Tovuz” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə olunub. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 1500 manat cərimələnib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda 6 sarı vərəqə alan Bakı klubu 700 manat ziyana düşüb. Futbolçusunun formasında qüsur olması səbəbindən matç gec başladığı üçün “Araz-Naxçıvan” 800 manat cərimə edilib.

“Səbail”lə qarşılaşmada “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər Gəncə klubu tərəfindən ödəniləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO