O, indi "Qara Kəməri" Azərbaycana gətirmək uğrunda döyüşəcək. Söhbət Cəlilabad boks məktəbinin yetirməsi Əhəd Həmzəlidən gedir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün o, artıq nüfuzlu "Fight Night" liqasının Asiya turnirinə hazırlaşır. Əvvəlcə Cəlilabad boks məktəbində formalaşan, daha sonra boks və kikboks döyüş növlərinin birləşdirildiyi turnirlərdə iştirak edən idmançı sözügedən turnirin ən yüksək mükafatını – Qara Kəməri mütləq Azərbaycana gətirəcəyini bildirir.
Qeyd edək ki, Əhəd Həmzəli bu yaxınlarda Türkiyə Peşəkar Boks Komissiyasının (TPBK) dəstəyi və TJ Promotion təşkilatçılığı ilə İstanbul şəhərində 7 ölkənin 24 idmançısının iştirak etdiyi "Fight Night" Liqasında həlledici döyüşdə Türkiyəli rəqibini tam məğlubiyyətə uğradaraq "Qara kəmər" uğrunda mübarizə imkanını artırıb.
Boks, kikboks və MMA kimi döyüş idman növlərini özündə birləşdirən "Fight Night" idmançıların reytinq xal toplaması və beynəlxalq arenada tanınması üçün mühüm platformalardan biridir.
Turnir beynəlxalq idmançıların iştirakı ilə keçirilir və peşəkar döyüşçülər üçün yeni imkanlar yaradır. Turnirdə həmyerlimizin bu möhtəşəm çıxışı Azərbaycan idmanının inkişafına töhfə verməklə yanaşı, onun beynəlxalq səviyyədə daha geniş tanınmasına səbəb olacaq.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
İdman
14:57 / 01.04.2025
Cəlilabad boksçusu – “Qara kəməri mütləq Azərbaycana gətirəcəyəm” - FOTO
Hazırda oxunan: Cəlilabad boksçusu – “Qara kəməri mütləq Azərbaycana gətirəcəyəm” - FOTO
Hazırda oxunan: Cəlilabad boksçusu – “Qara kəməri mütləq Azərbaycana gətirəcəyəm” - FOTO
241883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.