Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, 1-ci turda Azərbaycanı 8 təmsilçisindən 5-i qələbə qazanıb.
Son Avropa çempionu Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova rəqiblərini məyus ediblər.
Gülnar Məmmədova və Nərmin Abdinova yarım xal qazanıblar. Yeganə məğlub təmsilçimiz isə Lalə Hüseynovadır.
Avropa çempionatı, 1-ci tur
Ülviyyə Fətəliyeva - Elis Deniele Dikens (İngiltərə) - 1:0
Gövhər Beydullayeva - Salomeya Zaksayte (Litva) - 1:0
Gülnar Məmmədova - Anna Xaçataryan (Ermənistan) - 0,5:0,5
Ayan Allahverdiyeva - Panaqiota Kiousi (Yunanıstan) - 1:0
Yona Reçiça (Kosovo) - Türkan Məmmədyarova - 0:1
Marianna Lamprianu (Yunanıstan) - Səbinə İbrahimova - 0:1
Nərmin Abdinova - Lela Cavaxışvili - 0,5:0,5
Lalə Hüseynova - Yolanta Zavatska (Polşa) - 0:1
Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq. İlk 10 yeri tutacaq şahmatçılar dünya kubokuna vəsiqə qazanacaqlar.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:54 / 01.04.2025
5 şahmatçımız Avropa çempionatına qələbə ilə başladı
Hazırda oxunan: 5 şahmatçımız Avropa çempionatına qələbə ilə başladı
Hazırda oxunan: 5 şahmatçımız Avropa çempionatına qələbə ilə başladı
241803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.