Türkiyənin "Fənərbağça" klubu qapıçı İrfan Can Eyribayatı uzun müddət komandada saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, Super Liqa nəhəngi türk qolkiperin müqaviləsinin müddətini uzatmaq niyyətindədir. Bu barədə "Fotomaç" məlumat yayıb.
"Fənərbağça" İrfan Canla yeni sözləşmə ilə bağlı danışıqlara başlayacaq. Klub 26 yaşlı futbolçunun 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsini daha 2 il uzatmağı planlaşdırır. Qapıçının maaşı da artırılacaq.
Qeyd edək ki, "Fənərbağça" İrfan Can Eyribayatı 2022-ci ilin avqust ayında "Göztepe"dən transfer edib. Təcrübəli "əlcək sahibi" bu mövsüm İstanbul təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:23 / 31.03.2025
“Fənərbağça” qapıçısı ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: “Fənərbağça” qapıçısı ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: “Fənərbağça” qapıçısı ilə bağlı QƏRAR VERDİ
241781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.