Qrizmann Messinin REKORDUNU QIRDI

Qrizmann Messinin REKORDUNU QIRDI

Hazırda oxunan: Qrizmann Messinin REKORDUNU QIRDI

241775

"Atletiko"nun futbolçusu Antuan Qrizmann "Barselona"nın sabiq oyunçusu Lionel Messinin La Liqa rekordunu qırıb.

Bizim.Media xəbər verir ki, o, bunu La Liqanın 29-cu turunda "Espanyol"la matçda iştirak etməklə bacarıb.

Bu, Qrizmannın İspaniya çempionatındakı 521-ci oyunu kimi tarixə düşüb. Nəticədə fransalı forvard La Liqa tarixində ən çox oyun keçirən legioner adını qazanb.

Əvvəlki rekord isə Lionel Messiyə məxsus idi - 520 matç.

Qeyd edək ki, Qrizmann İspaniyada "Atletiko" ilə yanaşı, "Barselona" və "Real Sosyedad"ın da formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO