FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, F.Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.
O, 2-ci qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qeyd edək ki, qrupun oyunları Moldovada təşkil olunacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:55 / 31.03.2025
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına TƏYİNAT ALDI
Hazırda oxunan: Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına TƏYİNAT ALDI
Hazırda oxunan: Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına TƏYİNAT ALDI
241765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.