Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş müqaviləsinin sonunu gözləmədən ayrılmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu iddia ilə Polşa mətbuatı çıxış edib.
Bildirilib ki, portuqaliyalı mütəxəssis Polşa millisindən sonra Azərbaycan yığmasında da uğursuzluğa düçar olduğunu qəbul edib. Lakin 70 yaşlı çalışdırıcı istefa vermək fikrində deyil: “Çünki Santuş özü ayrılarsa, təzminat ala bilməyəcək.
Ancaq o, təzminatdan məhrum olmaq istəmir. Bu səbəbdən yerli federasiyanın onu istefaya göndərməsini gözləyir”.
Qeyd edək ki, Fernandu Santuş ötən ilin yayında AFFA ilə 3+1 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:08 / 31.03.2025
Polşa mətbuatı: “Santuş Azərbaycandan ayrılmaq istəyir”
Hazırda oxunan: Polşa mətbuatı: “Santuş Azərbaycandan ayrılmaq istəyir”
Hazırda oxunan: Polşa mətbuatı: “Santuş Azərbaycandan ayrılmaq istəyir”
241751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.