“Neftçi”nin sabiq futbolçusu Nyu-Yorkda məşqçi işləyir - VİDEO

“Neftçi”nin sabiq futbolçusu Nyu-Yorkda məşqçi işləyir - VİDEO

Hazırda oxunan: “Neftçi”nin sabiq futbolçusu Nyu-Yorkda məşqçi işləyir - VİDEO

241737

Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Elşən Qəmbərov 16 ildir Nyu-Yorkda yaşayır.

Bizim.Media xəbər verir ki, ABŞ vətəndaşlığına malik 52 yaşlı keçmiş futbolçu hazırda Nyu-Yorkda uşaq futbol məktəbində məşqçi kimi çalışır.

Bakıya səfəri zamanı futbol azarkeşlərindən biri onu tanıyaraq videoya çəkib. Hazırkı fəaliyyəti barədə məlumat verən Qəmbərov Azərbaycan futbolu ilə bağlı arzusunu da dilə gətirib.

Qeyd edək ki, Qəmbərov 1998-2004-cü illərdə 12 oyunda Azərbaycan millisinin formasını geyinib, Rusiya, Özbəkistan və Qazaxıstan çempionatlarında legioner həyatı yaşayıb.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO