Vanderson “Araz Naxçıvan”da qalacaq

Vanderson “Araz Naxçıvan”da qalacaq

Hazırda oxunan: Vanderson “Araz Naxçıvan”da qalacaq

241621

“Araz-Naxçıvan”ın legioneri Vanderson Melo Premyer Liqa klublarımızın maraq dairəsindədir.

Bizim.Media xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçiyə marağın yüksək olmasına baxmayaraq, braziliyalı özü komandada qalmağı planlaşdırır.

Vanderson yeni sezona da “Araz-Naxçıvan”da başlamaq niyyətindədir. Tərəflər arasında danışıqlara start verilib və ilkin razılıq əldə olunub.

Braziliyalının Azərbaycan klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2023-cü il iyulun 17-də Naxçıvan təmsilçisi ilə müqavilə imzalamışdı. Yarımmüdafiəçi “Koritiba”, “Eskilstuna”, “Vitebsk”, “Çernomorets”(Odessa), “Panevejis” klublarında oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO