Messinin qolu "İnter Mayami"yə qələbə qazandırdı - VİDEO

Messinin qolu "İnter Mayami"yə qələbə qazandırdı - VİDEO

Hazırda oxunan: Messinin qolu "İnter Mayami"yə qələbə qazandırdı - VİDEO

241542

Gecə saatlarında ABŞ milli futbol liqasında (MLS) "İnter Mayami" və "Filadelfiya Yunion" qarşılaşıb.

Bizim.Media xəbər verir ki, Fort-Loderdeyl baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda "İnter"in qələbə qolunu Lionel Messi vurub. Assisti isə Luis Suares edib.

Bununla da, Mayami klubu qələbə seriyasını dörd matça çatdırıb. Filadelfiya təmsilçisi isə son üç oyunda ikinci məğlubiyyətini alıb.

Növbəti oyunda "İnter Mayami" "Toronto" ilə, "Filadelfiya" isə "Orlando Siti" ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq aprelin 7 və 6-da baş tutacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO