3 yeniyetmə gimnastımız Beynəlxalq turnirdə medallar qazandı - FOTO

3 yeniyetmə gimnastımız Beynəlxalq turnirdə medallar qazandı - FOTO

Hazırda oxunan: 3 yeniyetmə gimnastımız Beynəlxalq turnirdə medallar qazandı - FOTO

241424

Gürcüstanda keçirilən Beynəlxalq Ritmik Gimnastika Marafonu 2025-də Arximed Təlim və Tədris Kompleksinin yetirmələri böyük uğura imza atıblar. Beləki, 3 yeniyetmə gimnastımız Vətənə medalla dönür.

Bizim.Media xəbər verir ki, Beynalxalq Ritmik Gimnastika Marafonu 2025-də Babayeva Zeynab Xanlar qızı 2016-ci il təvəllüdlü gimnastlar arasında ən yüksək pilləyə qalxıb və özü üçün qızıl medalı təmin edib.

Digər bir fidanımız- 5 yaşlı Həsənli Sofina Sübhan qızı da ən yaxşılardan olub. O öz yaş qrupunda Marafonun qızıl medalını qazanıb.


2017-ci il təvəllüdlü Zamanlı Yasəmən Tural qızı da qaliblər sırasında yer alıb. O öz həmyaşıdları arasında üçüncü olub və bürünc medal qazanıb.

Hər 3 idmançımızı təbrik edirik.
















Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO