Üç gimnastımız finala vəsiqə qazandı

Üç gimnastımız finala vəsiqə qazandı

Hazırda oxunan: Üç gimnastımız finala vəsiqə qazandı

241392

Bakıda keçirilən bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində top və halqalarla təsnifat mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, Azərbaycan yığmasının daha 3 gimnastı finala yüksəlib.

Zöhrə Cəfərova gənclərin mübarizəsində topla çıxışda təsnifat mərhələsini 1-ci pillədə başa vurub. O, halqa ilə çıxışı zamanı ilk 8-də yer alıb. Zöhrə həm də iki növdə çoxnövçülükdə ilk pillədə qərarlaşıb. İlona Zeynalova halqa, Kamilla Seyidzadə isə topla hərəkətlərdə minimum vəzifənin öhdəsindən gəliblər.

Qeyd edək ki, daha əvvəl yeniyetmələr arasında Şəms Ağahüseynova və Ayla İbrahimova topla hərəkətlərdə, Azadə Atakişiyeva və Nur Sadıqova halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO