Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir başlayıb - FOTO

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir başlayıb - FOTO

Hazırda oxunan: Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir başlayıb - FOTO

241313

Bu gün Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri start götürüb.

Bizim.Media xəbər verir ki, yarışda 16 ölkədən idmançılar çıxış edəcək.

Gimnastlar həm çoxnövçülük, həm də fərdi yarışlarda mübarizə aparacaqlar.
 

Bu gün proqramın səhər hissəsində yeniyetmələr halqa və topla çıxış edəcəklər, daha sonra böyüklər bu növlərdə bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin qrup hərəkətləri komandaları çoxnövçülük yarışı çərçivəsində beş halqa ilə kompozisiya ifa edəcəklər.


Milli Gimnastika Arenasındakı yarış martın 30-da başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO