“Tottenhem”in yeni baş məşqçisi o, olacaq

“Tottenhem”in yeni baş məşqçisi o, olacaq

Hazırda oxunan: “Tottenhem”in yeni baş məşqçisi o, olacaq

241257

"Tottenhem" növbəti mövsümə yeni baş məşqçi ilə start verə bilər.

Bizim.Media xəbər verir ki, Ange Postekoğlunun yerinə Andoni İraola namizəd göstərilir.

London klubunun avstraliyalı mütəxəssislə birillik müqaviləsi olsa da, uğursuz nəticələr komanda rəhbərliyini narazı salıb. Əvəzində İraola "Bornmut"dakı işi ilə bir çox klubun diqqət mərkəzinə düşüb. Onun klubla müqaviləsində 10 milyonluq sərbəst qalmaq maddəsi var.

Londonlular mövsümün sonunda bu məbləği ödəyib ispaniyalı mütəxəssislə müqavilə bağlamaq arzusundadırlar.

Qeyd edək ki, "Bornmut" 29 turdan sonra 44 xalla 10-cu, "Tottenhem" isə 34 xalla 14-cü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO