Avropa çempionatının əsas mərhələsi çərçivəsində 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Azərbaycan millisi bu gün mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, İlqar Aslanovun komandası ilk oyunda Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb.
Oyun rəqib komandanın 10:2 hesablı qələbəsi ilə başa çatıb. U-19 qrupda növbəti oyununu sabah Xorvatiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
26 mart..
Bosniya və Herseqovina (U-19) - Azərbaycan (U-19) - 10:2
Qollar: Bekir Arnaut, 0:14, 14:22, 15:04, Ammar Hodziç, 3:41, 8:19, Emir Mustafiç, 14:51, Ognjen Markoviç, 19:55, 33:53, Kenan Hrşitiç, 32:00, Kenan Azabagiç, 36:53 // Ədalət Ələkbərov, 12:24, Bəyoğlan Vəlizadə, 33:09
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Bizim.Media

- A-
- A
- A+
İdman
18:25 / 27.03.2025
Millimiz ilk oyunda uduzdu
Hazırda oxunan: Millimiz ilk oyunda uduzdu
Hazırda oxunan: Millimiz ilk oyunda uduzdu
241215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.