“Qarabağ”dan ayrılan Almeyda Braziliyada ilk qolunu vurdu

“Qarabağ”dan ayrılan Almeyda Braziliyada ilk qolunu vurdu

Hazırda oxunan: “Qarabağ”dan ayrılan Almeyda Braziliyada ilk qolunu vurdu

241145

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda yeni komandası “Primavera”da ilk qolunu vurub. 

Bizim.Media xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Braziliya Paulista A2 liqasında yarımfinalın “Taubate”yə qarşı ilk matçında əsas heyətdə meydana çıxıb.

Görüş 2:0 hesabı ilə “Primavera”nın xeyrinə başa çatıb. 32-ci dəqiqədə Almeyda komandasının ilk qoluna imza atıb.

İkinci topu isə rəqib qapısından 85-ci dəqiqədə L.de Xesus keçirib. Yarımfinalın cavab oyunu martın 29-da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO