Millimiz biabırçı hesabla uduzdu

Millimiz biabırçı hesabla uduzdu

Hazırda oxunan: Millimiz biabırçı hesabla uduzdu

241114

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb. 

Bizim.Media xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib. Komandamız Bosniya və Herseqovina ilə qarşılaşıb. Xorvatiyadakı keçirilən qrup mərhələsinin ilk turu millimiz üçün acınacaqlı nəticə ilə yekunlaşıb. Komandamız 2:10 hesabı ilə uduzub.

Qeyd edək ki, qrupun digər oyununda Xorvatiya və Türkiyə üz-üzə gələcək.

AVRO-2025-in əsas seçmə mərhələsi

VII qrup, I tur

26 mart

19:00. Bosniya və Herseqovina – Azərbaycan - 10:2

Qollar: Emir Mustafiç, 0:14; 14:51. Ammar Hodziç, 3:41; 8:19. Bekir Arnaut, 14:22; 15:04. Oqnyen Markoviç, 19:55; 33:53. Kenan Hrşitiç, 32:00. Kenan Azabagiç, 36:53 - Ədalət Ələkbərov, 12:24. Bəyoğlan Vəlizadə, 33:09

Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)

Omiş. Ribnjak İdman Sarayı

Rashad Rafiqoglu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO