Millinin rekordçusu karyerasını başa vurur

Millinin rekordçusu karyerasını başa vurur

Hazırda oxunan: Millinin rekordçusu karyerasını başa vurur

241099

Belçika millisinin sabiq müdafiəçisi Yan Vertongen mövsümün sonunda peşəkar futboldan ayrılacaq.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində məlumat verib.
 

“Məşqlərə və matçlara fiziki cəhətdən hazırlaşmağın və özümü olmaq istədiyim oyunçu kimi göstərməyin getdikcə çətinləşdiyini müşahidə etdim. Bu, təkcə azarkeşlər və oyunçu yoldaşlarım üçün deyil, həm də özüm üçün pisdir. Buna görə də bu mövsümdən sonra təqaüdə çıxıram”, – deyə 37 yaşlı Vertongen deyib.


Keçən il o, Belçika millisindəki karyerasını başa vurduğunu açıqlamışdı. Sabiq kapitan “qırmızı şeytanlar”ın heyətində 157 oyun keçirib ki, bu da milli tarixində rekord göstəricidir.

Bu mövsüm bir sıra zədələr səbəbindən Yan “Anderlext”in heyətində cəmi 5 matçda iştirak edib.

O, karyerası ərzində “Ayaks”, “Tottenhem” və “Benfika” kimi klubların da formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO