“Araz Naxçıvan” Maçado ilə yeni müqavilə İMZALAYACAQ

“Araz Naxçıvan” Maçado ilə yeni müqavilə İMZALAYACAQ

Hazırda oxunan: “Araz Naxçıvan” Maçado ilə yeni müqavilə İMZALAYACAQ

240788

"Araz-Naxçıvan" komandanın əsas üzvlərindən olan Ramon Maçadonu buraxmaq niyyətində deyil.

Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi braziliyalı hücumçunun müqavilə müddətini artırmağı planlaşdırır. 

Artıq bu yöndə işlər də aparılır.

Komandanın əsas fiqurlarından birinə çevrilmiş Maçadonun “Araz-Naxçıvan”la müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. Onun yeni mövsümə də klubda başlamaq ehtimalı yüksəkdir. Maçadonun da hazırkı komandasında qalmaq istəyində olduğu iddia edilir.

Qeyd edək ki, futbolçu bu mövsüm 20 matçda 4 qol vurub və 5 asist edib. O, “Araz-Naxçıvan”a qədər “Yan Reqensburq”, “Laxeadense”, “Santa Kruz”, “Boa Esporte”, “Ponte Preta”, “Yuventude”, “İtuano”, “Santu-Andre”(hamısı Braziliya), “Neftçi”, “Qəbələ”, “Sabah”(Malayziya) klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO